İranda daha 3 İsrail casusu edam olunub.
Lent.az İran mediasına istinadla xəbər verir ki, məhkəmənin hökmünə əsasən edam qərarı Urmiya zindanında icra olunub.
Qeyd olunub ki, İdris Əli Saleh oğlu, Əbdül Rəhman oğlu Azad Şocai və Rəsul Əhməd Əhməd oğlu həbs ediliblər. Onlar Mossada casusluqda, həmçinin İranda terror törətmək üçün ölkəyə avadanlıq gətirməkdə ittiham olunublar.