Suriyada dağıntılar altından meyiti tapılan gənc oğlan dirilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, ailəsi tərəfindən Əhməd Əl-Məğribinin cansız bədəni dağıntılar altından çıxarılıb. Onun öldüyünü düşündükləri üçün gəncin bədəni cəsəd torbasına qoyulub. Ancaq onu dəfn etməyə apararkən şoka düşüblər.
Belə ki, yolda ikən cəsəd torbası tərpənib. Onu açanlar Əhmədin sağ olduğunu görüb və dərhal xəstəxanaya aparılıb.
Burada onun vəziyyətinin yaxşılaşdığı deyilir.
Digər tərəfdən hadisə dünya mediasının gündəmini zəbt edib və hər kəsi şoka salıb.