Çinlə müharibə, Rusiyada ÇEVRİLİŞ: 2024-ün ŞOK PROQNOZLARI
06 yanvar 2024 19:13 (UTC +04:00)

Çinlə müharibə, Rusiyada ÇEVRİLİŞ: 2024-ün ŞOK PROQNOZLARI

Amerikanın “Politico” nəşri 2024-cü il üçün ən gözlənilməz, lakin ehtimal olunan hadisələrin siyahısını dərc edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, qəzetin müsahibə götürdüyü ekspertlər siyahıya ABŞ-da prezident seçkilərinin pozulması, yadplanetlilərin kəşfi və rəqəmsal apokalipsisin daxil olduğunu qeyd ediblər.

“Eurasia Group” siyasi risk konsaltinq şirkətinin rəhbərinin fikrincə, Baydenin maraqlarına görə ölkədə seçkiqabağı vəziyyət qızışdığından ABŞ-ın azad və ədalətli seçkilər keçirə bilməyəcəyi ehtimalı var.

“Bulwark” qəzetinin baş redaktoru qeyd edib ki, 2020-ci ildə heç kim pandemiya gözləmirdi. Bu baxımdan o, qlobal rəqəmsal virusun insanlığa yoluxa biləcəyini, iqtisadiyyat üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini etiraf edib.

Ekspertlər 2024-cü ilin digər ehtimal olunan ən pis hadisələri kimi Çinlə müharibəni və Rusiyada çevrilişi göstəriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12945
avatar

Oxşar yazılar