Çində son sutkada 27 595 yeni yoluxma aşkar edilib ki, bu da pandemiya dövründə ən yüksək göstəricidir.
Lent.az-ın xəbərinə görə, bu barədə Çinin Səhiyyə Komissarlığı məlumat yayıb.
Bildirilib ki, sutkalıq yoluxma göstəricisi ötən həftə ilə müqayisədə 2 dəfə çoxdur. Yoluxanların böyük əksəriyyəti simptomsuz xəstələrdir. Yeni yoluxanlar arasında xaricdən gələnlər azlıq təşkil edir.