Ukrayna məhkəməsi Ternopol şəhər hərbi komissarlığının 2 əməkdaşı ilə bağlı qərar verib.
Lent.az xəbər verir ki, hər 2 şəxs barədə gecə ev dustaqlığı qərarı verilib. Onlar həmçinin vəzifədən azad edilib.
Qeyd edək ki, ötən ay Ternopol hərbi komissarlığında hərbi xidmətə getmək istəməyən 2 nəfərin döyülməəsi və qanunsuz olaraq azadlıqdan məhrum edilməsini əks etdirən video yayılıb.