Rusiyanın Sankt-Peterburq şəhərindəki kafelərin birində bomba partlaması nəticəsində həlak olan hərbi jurnalist Vladlen Tatariski ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.
Lent.az-ın məlumatına görə, onun qətlində şübhəli bilinən Daria Trepova Tatariskinin təlimlərində iştirak edirmiş.
Bundan başqa, xanım Trepova bir qədər əvvəl Ukraynadan olan hərbi müxbir Roman Popkovla da münasibət quraraq ondan reportyorluğu öyrənirmiş.
İlkin araşdırmalar zamanı məlum olub ki, Popkov Ukrayna xüsusi xidmətlər orqanına bağlı adamdır və “rus könüllülər korpusu” adlı millətçi təşkilatının üzvü imiş. Trepovanın məhz Popkov tərəfindən ələ alındığı sübut olunub.
Trepova Tatariskinin oxucular qarşısında çıxış edəcəyi kafeyə gələrək ona gipsdən hazırlanmış büstünü təqdim edib. Sən demə büstün içinə partlayıcı maddə yerləşdirib. Büstü isə Trepovaya Popkov veribmiş.
Popkovun kimliyinə gəldikdə isə onun 45 yaşı var. Atası azərbaycanlı, anası isə yəhudidir. Böyük ehtimalla Popkov onun əsl soyadı deyil.
Roman Popkov
Daria Trepova
Hərbi jurnalist Vladlen Tatariski