Bu ölkənin vətəndaşlarına smartfon və avtomobillərlə Aİ-yə giriş qadağan edildi
10 sentyabr 2023 11:10 (UTC +04:00)

Bu ölkənin vətəndaşlarına smartfon və avtomobillərlə Aİ-yə giriş qadağan edildi

Avropa Komissiyası Rusiya vətəndaşlarının şəxsi smartfon, avtomobil və kosmetika ilə Avropa İttifaqı (Aİ) ölkələrinə girişinə qadağa qoyulduğunu təsdiqləyib.

Lent.az-ın RBC-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının izahında bildirilib

Qeyd edilib ki, qadağa minik avtomobilləri və on nəfərə qədər adamın daşınması üçün nəzərdə tutulmuş avtomobilləri əhatə edir.

Bundan əlavə, ruslara özləri ilə noutbuk, smartfon, zinət əşyaları və hətta şampun kimi şəxsi əşyaları daşımaq qadağan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3582
avatar

Oxşar yazılar