Nepalın paytaxtı Katmanduda bütün növ tütün məmulatlarının çəkilməsi, satışı və saxlanmasına qoyulan qadağa qüvvəyə minib.
Dekabrın 14-dən tütün məmulatlarına, o cümlədən xam tütünə, eləcə də bitki meyvələri, söndürülmüş əhəng və tütün daxil olmaqla çeynəmə qarışığı olan qutxaya tam qadağanın tətbiqi barədə qərar noyabrın 28-də elan edilib.
Katmandu administrasiyasının sözçüsü Navin Manandharın sözlərinə görə, bu tədbir tütün tənzimləmə qanununa uyğun olaraq həyata keçirilib. Qərarın icrasına nəzarət etmək üçün bələdiyyə polisi, o cümlədən mülki geyimlilər cəlb edilib.
"Hər hansı mağazada və ya piştaxtada tütün məmulatları aşkar edilərsə, onlar dərhal müsadirə olunacaq", - Manandhara qeyd edib. Amma belə bir tədbir maksimum iki dəfə tətbiq oluna bilər.
“Üçüncü dəfədən sonra pərakəndə satış məntəqəsi bağlanacaq”, - o, aydınlıq gətirib.
Eyni zamanda, şəhər rəhbərliyi əhalidən tütün məmulatlarına qoyulan qadağanın pozulması halları ilə bağlı qaynar xəttə zəng edərək polisə məlumat vermələrini xahiş edib.