Kolumbiyada “Gulf Clan” narkotik kartelinin dəstələrindən birinin lideri Fausto Palasios saxlanılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə aprelin 17-də respublikanın müdafiə naziri Dieqo Molano məlumat verib.
“Lənətlənmiş Patrik ləqəbli "Körfəz klanı"nın lideri tutuldu. Bu ən çox axtarılan cinayətkarlardan biridir", - o, "Tvitter" hesabında yazıb.
Saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, hədə-qorxu ilə tələb etmə və sui-qəsddə ittiham olunur.
Palasios əvvəllər “Manuel Xose Qaytan” dəstəsinə rəhbərlik edib və 2012-ci ildə “Körfəz klanı”na qoşulub.
Bu qrup Kolumbiyanın ən böyük narkotik kartelidir, 2006-cı ildə Kolumbiyanın Birləşmiş Özünümüdafiə Qüvvələrinin ləğvindən sonra yaranıb. Klana çoxlu silahlılar qoşulub.