Madaqaskarda baş verən quraqlıq səbəbindən 1.5 milyondan çox insan aclıq çəkir.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, son 40 ildə bu ölkədə belə quraqlıq olmayıb. Quraqlığa qum fırtınaları səbəb olub.
BMT-nin bu ölkədəki nümayəndəsi İsa Sanqo bütün humanitar yardımlara baxmayaraq insanların aclıq çəkdiyini bildirib.
O qeyd edib ki, qadınlar, uşaqlar, ailələr ancaq kaktus çəyirtkə yeməklə dolanır: "Mən elə ailələr tanıyıram ki, evindəki bütün əşyalarını sataraq su və yemək əldə edir, amma yenə heç bir şeyə çatmır. İnsanlar kütləvi şəkildə acdırlar”.