Bu ölkədə terrorçular  edam ediləcək:   Deputatlar razılıq verdi
01 mart 2023 19:39 (UTC +04:00)

Bu ölkədə terrorçular edam ediləcək: Deputatlar razılıq verdi

0

İsrail Knesseti (parlament - red.) terrorçular üçün ölüm cəzasının təqdimatını təklif edən qanun layihəsini ilkin oxunuşda dəstəkləyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, parlamentin mətbuat xidmətindən verilən məlumata görə, martın 1-də səsvermə zamanı edam cəzası təklifini 55 deputat dəstəkləyib, 9 nəfər əleyhinə səs verib.

İndi sənəd Knessetin profil komitəsinə göndəriləcək, burada ilk oxunuşa hazırlanacaq.

Məlumata görə, keçmiş baş nazir Yair Lapidin rəhbərlik etdiyi müxalifətin əksəriyyəti etirazı əlaməti olaraq səsvermədə iştirak etməyib..


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2403

Oxşar yazılar