Əfqanıstanda 12 yaşdan yuxarı məktəbli qızların kişilərin yanında mahnı ifa etmələri qadağan edilib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu qərarı Əfqanıstan Təhsil Nazirliyi verib.
Qərara əsasən, bu cür çıxışlar indi ölkənin bütün əyalətlərindəki bütün dövlət və özəl məktəblərdə qadağandır. Qadağanın tətbiqinə görə məsuliyyət məktəb direktorlarının üzərinə düşür. İstisna məktəbli qızların yalnız qadınlardan ibarət auditoriya qarşısında mahnı oxuması halları üçün edilir.
Qərar valideynlərin və şagirdlərin özlərinin təklifi ilə verilib. Artıq kişi müəllimlərin məktəbli qızlara mahnı oxutdurmağı qadağan etdiyi bildirilir.