Bu ölkədə eynicinslilərin evliliyi təsdiqləndi
16 fevral 2024 06:52 (UTC +04:00)

Bu ölkədə eynicinslilərin evliliyi təsdiqləndi

Yunanıstan parlamenti ölkədə eynicinsli vətəndaş nikahlarına icazə verən, həmçinin belə cütlüklərə uşaq övladlığa götürmək hüququ verən qanun layihəsini təsdiqləyib.

Lent.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

Beləliklə, Yunanıstan eynicinsli cütlüklər arasında evliliyə icazə verən ilk pravoslav ölkələrdən biri oldu.

Qanun layihəsini 300 yerlik parlamentdə 176 deputat dəstəkləyib. Beləliklə, qanun layihəsi gərgin müzakirələrə baxmayaraq, “sol” müxalifət tərəfindən kifayət qədər dəstək alıb.

Baş nazir Kiriakos Mitsotakisin sağ mərkəzçi Yeni Demokratiya bitərəf qalıb və ya əleyhinə səs verib.

İndi təsdiq edilmiş qanunvericilik təşəbbüsü rəsmi hökumət qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8382
avatar

Oxşar yazılar