Bu ölkədə  Baş nazir   maşında kəmər taxmadığı üçün...
20 yanvar 2023 02:11 (UTC +04:00)

Bu ölkədə Baş nazir maşında kəmər taxmadığı üçün...

Britaniya Baş naziri maşında kəmər taxmadığı üçün qınaq hədəfinə çevirilib.

Lent.az-ın xəbərinə görə, Baş nazir Rişi Sunakın "Instagram" hesabından paylaşdığı bir videoda maşının arxa oturacağında oturarkən təhlükəsizlik kəməri taxmadığı görülür.

Görüntü yayılandan sonra polis məsələ ilə bağlı araşdırma aparıb.

“Downing Street”in sözçüsü açıqlama verərək bunun qısa bir mühakimə səhvi olduğunu etiraf edib:

“Baş nazir kiçik bir video çəkmək üçün təhlükəsizlik kəmərini çıxardı. O, bunun səhv olduğunu tamamilə qəbul edir və buna görə üzr istəyir. Baş nazir hesab edir ki, hər kəs təhlükəsizlik kəməri taxmalıdır",- deyə açıqlamada qeyd olunub.

Böyük Britaniya qanunlarına görə, tibbi cəhətdən heç bir problemi olmayan şəxs avtomobilin arxa oturacağında da təhlükəsizlik kəməri taxmalıdırlar.

Əks təqdirdə bunun £500 funt sterlinqə qədər cəriməsi var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743
avatar

Oxşar yazılar