Bu ölkə Rusiya vətəndaşlarının daşınmaz əmlakını dondurur  
28 iyul 2022 06:08 (UTC +04:00)

Bu ölkə Rusiya vətəndaşlarının daşınmaz əmlakını dondurur  

Monteneqro Rusiya vətəndaşlarına məxsus daşınmaz əmlakı dondurmağa başlayıb.

Lent.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, müvafiq sənəd çərşənbə günü Respublikanın Nazirlər Kabinetinin saytında dərc olunub.

İyunun 10-da Monteneqronun daxili işlər naziri Filip Adziç ölkədə Rusiya vətəndaşlarına məxsus 44 daşınmaz əmlak obyektinin dondurulacağını açıqlayıb. Bu, Ukrayna münaqişəsinə görə Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalar rejiminə əməl olunması çərçivəsində həyata keçiriləcək.

Ekspertlərin fikrincə, Rusiya şirkətləri ötən il Monteneqro iqtisadiyyatına 129 milyon avrodan çox sərmayə qoyub. Ruslar respublika ərazisində 49,46 milyon avro dəyərində daşınmaz əmlak satın alıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1903

Oxşar yazılar