Yunanıstan koronavirusla yaşamağa adaptasiya olur.
Lent.az-ın xəbərinə görə, bunu ölkənin səhiyyə naziri Tanos Plevris bildirib.
Nazir qeyd edib ki, 2 illik pandemiya dövründən sonra ölkə yeni fazaya daxil olub. Bu faza virusla birgə yaşamaqdır.
Nazir bildirib ki, ölkədə yoluxma halları 85% azalıb, əhalinin əksəriyyəti vaksin olub.
Qeyd edək ki, turizm mövsümünə hazırlıq çərçivəsində Yunanıstan bu həftənin əvvəlindən pandemiya ilə bağlı əksər məhdudiyyətləri ləğv edib.