ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi xaricə səfərlərlə bağlı məhdudiyyəti yumşaldıb.
Lent.az-ın xəbərinə görə, əvvəllər hətta tam kurs vaksin olmuş şəxslərin belə 90 ölkəyə səyahəti qadağan idi.
Bu gündən həmin məhdudiyyət ləğv edilib. Mərkəz bildirib ki, qırmızı məhdudiyyət səviyyəsi yalnız istisna hallarda - yoluxma sayı kəskin artdıqda tətbiq ediləcək.