Bu halda xaricə gedə bilməyəcəksiniz - Rusiya DİN-dən pasport XƏBƏRDARLIĞI
17 aprel 2021 09:14 (UTC +04:00)

Bu halda xaricə gedə bilməyəcəksiniz - Rusiya DİN-dən pasport XƏBƏRDARLIĞI

Pasportda fotoşəkili yaxşılaşdırmaq məqsədilə onun üzərində hər hansı bir redaktə və yaxud bədii işlənmə, habelə rəngli göz linzalarından istifadə qəbuledilməzdir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin əhaliyə ünvanlanmış müraciətində bildirilib.

Qeyd edilib ki, Rusiya Daxili İşlər Nazirliyi vətəndaşların daha dəqiq vizual identifikasiyasını təmin etmək üçün pasport fotoşəkillərinə bir sıra məhdudiyyətlər tətbiq edib.

“Vətəndaşın fotodakı təsvirində üzün bütün xüsusiyyətləri etibarlı şəkildə göstərməlidir. Fotoşəkillərin müəyyən edilmiş tələblərə uyğun gəlməməsi pasport və sənədlərin verilməsi, yaxud dəyişdirilməsi zamanı imtina üçün əsas rol oynayır”, müraciətdə vurğulanıb.

Qeyd edilib ki, pasportun verilməsi və ya dəyişdirilməsi üçün ərizə verildiyi gün fərdi fotoşəkillərin eyni olması, ərizəçinin yaşına uyğun olması tələb edilir: “Foto qara-ağ və ya rəngli ola bilər. Fotoşəklin ölçüsü baş geyimsiz üzün təsviri ilə 35 x 45 mm olmalıdır. Foto baş örtüyü olmadan çəkilməlidir. Yalnız dini inanclarla bağlı istisna ola bilər. Daim eynək taxan insanlar rəngsiz eynək taxmalı, eynəyin çərçivəsi gözlərini örtməməlidir. 

Hansısa uniformada fotoşəkil çəkdirməyə icazə verilmir. Və yaxud istifadə edilən şərf çənənin bir hissəsini əhatə edə bilməz”.

Daxili İşlər Nazirliyi bir daha xəbərdarlıq edib ki, müvafiq tələblər pozulduqda məsələn, vətəndaş dövlət sərhədini keçərkən geri qaytarılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2783

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38