“Vəziyyət çox gərgindi, bu gün Kiyevə genişmiqyaslı hava hücumu gözlənilir”.
Bunu Lent.az-a Kiyevdə yaşayan jurnalist İdrak Camalbəyli deyib.
“Mən Kiyevdəyəm. Burada avtobuslar, mağazalar işləyir. Metrolar isə bəzi saatlarda işlək vəziyyətdə olur. İnsanların çoxu metrolara sığınıb, orada gecələyir. Gecə saat 4-də Kiyevə mərmi atmağa başladılar. İndi bir az sakitlikdir. Vəziyyət çox gərgindi, bu gün Kiyevə genişmiqyaslı hava hücumu gözlənilir. Əgər, Ukrayna bu gün Kiyevi verməsə, qələbə bizim olacaq. Axşam saat 10-dan səhər saat 7-yə qədər komendant saatı elan olunub.”