Misir Ətraf Mühit Nazirliyi bu gün Xurqadı rayonunda köpək balığının hücumu nəticəsində daha bir qadının öldüyünü açıqlayıb.
Lent.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Sahl-Xaşiş çimərliyində qeydə alınıb.
Hadisə ilə bağlı mütəxəssislərdən ibarət işçi qrupu formalaşdırılıb.
Qırmızı dəniz əyalətinin qubernatoru general-mayor Əmr Hanafi Sahl-Xaşiş çimərliyində istənilən fəaliyyətin qadağan edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, ötən cümə günü Avstriya vətəndaşı olan qadın Sahl-Xaşiş çimərliyində köpək balığının hücumu nəticəsində ölüb. Köpək balığı qadının əlinə və ayağına ciddi xəsarət yetirib və o, xəstəxanaya aparılarkən yolda həyatını itirib.