“Putin öz təhdidlərində açıq şəkildə bildirdi ki, hamımız təhlükə altındayıq”.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
Nazir, həmçinin, ölkəsinin Ukrayna böhranına reaksiyasını yüksək qiymətləndirib və əlavə edib ki, hazırda Ukraynaya növbəti avadanlıqlar göndərilir.
Qeyd edək ki, V.Putin NATO-nun Avropanın digər bölgələrində genişləndirilməsindən danışarkən alyans ölkələri barədə sözügedən fikirlər səsləndirib.