Bir hakim kişiyə, digəri qadına haqq verdi -  AİLƏ DAĞILDI...
25 may 2022 18:30 (UTC +04:00)

Bir hakim kişiyə, digəri qadına haqq verdi - AİLƏ DAĞILDI...

Türkiyədə daha bir qəribə boşanma hadisəsi olub.

Lent.az xəbər verir ki, xaricdə yaşayan gənc qız Türkiyəyə qayıdaraq, burada evlənib.

Lakin onların evliliklərində problemlər yaranmağa başlayıb. Qadın artıq get-gedə artan problemlərə tab gətirməyərək, məhkəməyə müraciət edib.

İddialarına görə, əri onu təhqir edir, maddi-mənəvi sıxıntılara məruz qoyur və iş yerinə gələrək dostlarının yanında alçaldır. Bu iddialarla qadın ərindən 150 min lirə (təxminən 15 min 780 manat) pul təzminatı istəyib.

Bununla yanaşı ər də məhkəməyə eyni iddialarla müarciət edib. O da qeyd edib ki, həyat yoldaşı onu təhqir edir və yaranan problemləri həll etmək əvəzinə hüquq-mühafizə orqanlarına üz tutur. Kişi isə bu iddiaları ilə arvadından 325 min lirə (təxminən 34 min 190 manat) maddi və mənəvi pul təzminatı tələb edib.

Birinci instansiya məhkəməsi şikayətçilərin iddialarını dinlədikdən sonra kişini haqlı çıxarıb. Lakin apelyasiya məhkəməsi qadına haqq verib.

Məhkəmə qərara gəlib ki, ər-arvad bir-birlərini aşağılayır və alçaldırsa, bu boşanmağa səbəb olur: Bu durumda iddiaçı haqlıdır və onun boşanma iddiası təmin olunur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3376

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23