Bir çox deputatın diplomatik pasportu ləğv edildi - SƏBƏB
06 avqust 2022 21:39 (UTC +04:00)

Bir çox deputatın diplomatik pasportu ləğv edildi - SƏBƏB

Ukrayna Xarici İşlər Nazirliyi Ali Radanın 225 deputatının diplomatik pasportlarını ləğv edib.

Lent.az-ın xəbərinə görə, bu barədə UNİAN məlumat yayıb. 

Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, diplomatik pasport sırf rəsmi ezamiyyət üçün istifadə edilməlidir. Şəxsi səyahət üçün bu sənəddən istifadə yolverilməzdir. Qanuna görə, səfərdən qayıdan şəxs ən geci 10 gün müddətində pasportu saxlanmaq üçün XİN-ə qaytarmalıdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq deputatların çoxu sənədi qaytarmayıb. Bu səbəbdən qaytarılmayan 225 pasport ləğv edilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2517
avatar

Oxşar yazılar