Türkiyənin İzmir vilayətində dünən axşam saatlarında yağan leysan yağışları həyatı iflic edib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, nəticədə şəhərin bütün yerlərində küçə və prospektlər su ilə dolub. Bir çox ev və obyektlərdən əlavə, avtomobillər də sular altında qalıb. 8 saat ərzində şəhərə 1 aylıq normada yağış yağması müəyyən müddət ərzində rabitə əlaqəsinin də kəsilməsinə gətirib çıxarıb.
Leysan yağışları nəticəsində infrastrukturun zərər görməsindən əlavə, 1 nəfər həlak olub. İtkin düşən 1 nəfərin isə axtarışları davam edir.