Binadan düşən buz parçası 3 AVTOMOBİLİ ƏZDİ:  Sığorta şirkəti boyun qaçırdı
17 dekabr 2021 02:16 (UTC +04:00)

Binadan düşən buz parçası 3 AVTOMOBİLİ ƏZDİ: Sığorta şirkəti boyun qaçırdı

“Səhər saat 05.30-da avtomobilimin həyəcan siqnalı işə düşdü. Onu söndürüb fikirləşdim ki, yəqin maşına cüzi nəsə toxunub. Sonra uşağı məktəbə aparmaq istəyəndə gördüm ki, bu, binanın damından düşmüş böyük bir buz parçasıdır. Buz arxa şüşəni sındırıb və avtomobilin banını əzib. Səhər-səhər çox xoşagəlməz hadisə idi!”.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Pskov vilayətində “Skaz” ansamblının bədii rəhbəri Konstantin Ababkov bildirib.

O, əlavə edib ki, bundan sonra protokol tərtib etmək üçün polisə müraciət edib, daha sonra 3 saat maşını buz və şüşə qırıqlarından təmizləməklə məşğul olub. “Maşında çoxlu buz və şüşə var idi, yağış hər şeyi isladıb. Ard-arda dayanan beş avtomobildən üçü buzun zərbəsindən yarasız hala düşüb”. 

Qeyd edək ki, Ababkov sığortaladığı avtomobilini öz vəsaiti hesabına təmir etdirəcək. Çünki “OSAGO” sığorta şirkətinə müraciət etsə də, yardımdan imtina edilib. Avtomobil sahibi maddi ziyanın ödənilməsi üçün şirkəti məhkəməyə vermək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1527
avatar

Rəsul SARI

Oxşar yazılar