Qəribə hadisə İstanbulda baş verib.
Lent.az xəbər verir ki, hündürmərtəbəli bina tikən şirkət bünövrə qazarkən metro tunelini deşib. Qazma baltası relslərə toxunaraq onları zədələdikdən sonra yuxarı qaldırılıb.
Hadisə nəticəsində metronun bir xəttində hərəkət bir neçə saatlıq dayanıb. Siqnal sistemi vaxtında işə düşdüyü üçün qəzadan yayınmaq mümkün olub.