Bill Klintonun pedofil milyarderlə  əlaqələri üzə çıxdı: gənc qızlara  üstünlük verib
04 yanvar 2024 18:58 (UTC +04:00)

Bill Klintonun pedofil milyarderlə əlaqələri üzə çıxdı: gənc qızlara üstünlük verib

ABŞ-ın keçmiş prezidenti Bill Klinton milyarder pedofil Cefri Epşteynin işində üzə çıxıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Epsteinin məcburi fahişəliyə kömək etməkdə təqsirli bilinən dostu Gilayn Maksvell maliyyəçinin Ağ Evin keçmiş rəhbəri ilə yaxın əlaqələrindən danışıb. Onun sözlərinə görə, Epstein ona Klintonun gənc qızlara üstünlük verdiyini deyib.

2021-ci ildə milyarderin Karib dənizindəki şəxsi Kiçik Sent Ceyms adasına qonaqları daşımaq üçün tez-tez istifadə edilən Epstein təyyarəsindəki sərnişinlər arasında bir sıra məşhurların adı çəkilib. “Boeing 727”, azyaşlı qızların daşınması üçün istifadə edildiyinə dair ittihamlardan sonra media tərəfindən “Lolita Express” adlandırılıb. Epstein yeniyetmə qızları cinsi istismar edən cinayət şəbəkəsi yaratmaqda təqsirli bilinib. Milyarder 2019-cu ildə saxlanılsa da, bir neçə ay sonra məhkəməni gözləmədən özünü öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4143
avatar

Oxşar yazılar