İrlandiyanın paytaxtı Dublində bir nəfər bıçaqla insanlara hücum edib.
Lent.az xəbər verir ki, bu barədə “The Irish Times” məlumat yayıb.
İlkin məlumatlara görə, üçü uşaq olmaqla beş nəfəri yaralayan şəxs Əlcəzair əsillidir.
Hadisədən sonra paytaxt küçələrində etirazlar baş qaldırıb.
Etirazçılar polis maşını və avtobusu yandırıblar. Bir polis yaralanıb.
Etirazçılar hökumətin miqrasiya siyasətinə qarşı çıxır və miqrantlar üçün sərhədlərin bağlanmasını tələb edirlər.
Polis cinayətin bütün motivlərinin araşdırıldığını bildirib.