Polşa Belarus yük maşınları üçün sonuncu keçid məntəqəsini də bağlayır.
Lent.az-ın xəbərinə görə, bu barədə Polşanın dövlət qurumları məlumat yayıb.
Qərar Belarus tərəfinin Polşa daşıyıcılarına qarşı davranışına cavab olaraq qəbul edilib. Fevralın 18-dən Belarus hakimiyyətinin qərarı ilə Polşada qeydiyyatda olan yük maşınları Belarusa yalnız Polşa-Belarus sərhədindən daxil ola bilər.