ABŞ prezidenti Co Baydenin hüquqşünasları onun Delaver ştatının Uilminqton şəhərindəki evinin qarajında “məxfi” qrifli sənədlər tapıblar.
Lent.az-ın xəbərinə görə, bu barədə Reuters agentliyi ABŞ prezidentinin hüquq müşaviri Riçard Sauberə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, qaraja bitişik otaqda daha bir oxşar sənəd tapılıb. Eyni zamanda qeyd edilir ki, Bayden ailəsinin Rehobot Biç (Delaver) şəhərindəki evində heç bir məxfi material tapılmayıb.