Baydendən Fransanın  mərhum prezidenti   ilə bağlı qəribə  AÇIQLAMA
06 fevral 2024 14:38 (UTC +04:00)

Baydendən Fransanın mərhum prezidenti ilə bağlı qəribə AÇIQLAMA

ABŞ prezidenti Co Bayden Fransanın mərhum prezidenti Fransua Mitteranın adını çəkərək yeni qəribə açıqlama verib. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Amerika lideri Las-Veqasda seçiciləri ilə keçirilən tədbirdə bildirib ki, 1996-cı ildə vəfat etmiş siyasətçi ilə bu yaxınlarda əlaqə saxlayıb.

“Mən oturdum və dedim ki, “Amerika qayıtdı”. Almaniyadan olan Mitteran - yəni Fransadan - mənə baxdı və soruşdu: "Yaxşı, o, nə qədər vaxtdır geri döndü?",- Bayden deyib.

Belə güman edilir ki, Ağ evin 81 yaşlı rəhbəri Mitteranla səhv saldığı Fransanın hazırkı prezidenti Emmanuel Makronu nəzərdə tuta bilər. Əlavə edilib ki, çox güman ki, söhbət Böyük Britaniyada keçirilən G7 sammitində Baydenin Makronla ünsiyyətindən gedir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3600
avatar

Oxşar yazılar