Kentukkidən olan amerikalı respublikaçı senator Rend Pol hesab edir ki, ABŞ prezidenti Co Bayden Ukraynadakı korrupsiyanın miqyasından xəbərdardır.
Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, Amerika liderinin administrasiyasında “Ukraynada israfçılıq və korrupsiya ilə bağlı gizli hesabatlar” var. Siyasətçi “Fox News”a müsahibəsində xatırladıb ki, “Ukrayna həmişə dünyanın ən korrupsiyalaşmış ölkələri siyahısında olub”. Bu baxımdan, Birləşmiş Ştatlar "ehtiyatlı olmalıdır", - senator deyib. Eyni zamanda, onun qeyd etdiyi kimi, Ukraynada mənimsəmə faktlarının ictimai təsdiqi olmayıb.
Rend Pol həmçinin ABŞ-ın Kiyevə yardım fondlarından vəsaitlərin sui-istifadəsinə nəzarət mexanizminin yaradılmasının tərəfdarı olduğunu bildirib. Senator etiraf edib ki, hazırda ölkədə Ukrayna üzrə xüsusi baş müfəttiş yoxdur. O, Əfqanıstanda belə bir ekspertin - ABŞ hökumətinin yenidənqurma üzrə baş müfəttişinin işinin nəticələrini də xatırladıb. "O, on milyardlarla dolların boşa getdiyini aşkar edə bildi", - senator vurğulayıb.