ABŞ-nin Baş Qərargah rəisi general Mark Milley vəzifəsindən ayırılıb.
Lent.az CBS kanlına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden açıqlama verib.
O, bu postu Çarlz Braunun tuta biləcəyini açıqlayıb.
“Mən Birləşmiş Qərargah Rəisləri Komitəsinin növbəti sədri vəzifəsinə namizəd, general Çarlz Quinton Braunu təqdim etmək şərəfinə nail oldum”,deyə o, Ağ Ev tərəfindən yayımlanan çıxışında deyib.
"General Braun qürurlu döyüşçülər nəslindən olan bir döyüşçüdür. O, döyüşün ortasında olmağın necə olduğunu və vəziyyət çətinləşəndə necə sakit qalacağını bilir", - deyə Bayden bildirib.
Prezident ABŞ-yə göstərdiyi xidmətə görə general Milliyə təşəkkür edib. Bayden Millinin vəzifədən getməsindən sonra onunla işləməyə davam edəcəyinə ümid etdiyini vurğulayıb.
Mark Milley 2019-cu ildən ABŞ-in Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədridir. O, ABŞ-in keçmiş prezidenti Donald Tramp tərəfindən təyin edilib. Millinin səlahiyyət müddəti 2023-cü ilin sentyabrında başa çatır.
Konqres onun namizədliyini təsdiq edərsə, Çarlz Braun ABŞ Baş Qərargahına rəhbərlik edəcək. Bu baş verərsə, Braun 1989-cu ildə prezident Corc Buş tərəfindən general Kolin Pauel təyin edildikdən sonra Birləşmiş Qərargah Rəisləri Komitəsinin ikinci qaradərili sədri olacaq.