İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.
Lent.az xəbər verir ki, bu barədə İsrailin baş nazirinin dəftərxanası məlumat yayıb.
Tərəflər Qəzza zolağı ətrafında baş verənləri müzakirə ediblər.
"İki lider xüsusilə İsrailin cənubundakı vəziyyəti müzakirə ediblər. Baş nazir ABŞ-nin kəşfiyyat yardımına görə prezidentə təşəkkür edib", - məlumatda deyilir.
Bu, oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin gərginləşməsi başlayandan bəri iki lider arasında beşinci telefon danışığıdır.