ABŞ Prezidenti Co Bayden ailəsi ilə birgə Cənubi Karolina ştatına gəlib.
Lent.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Bayden Atlantik okeanındakı adada qısamüddətli məzuniyyətini keçirəcək. Adaya onunla birlikdə həyat yoldaşı və oğlunun ailəsi də gəlib. Sözügedən ərazi uçuşa qapalı zona elan edilib.
Ağ Ev dövlət başçısının məzuniyyətinin nə qədər davam edəcəyi barədə şərh verməyib.