Baş nazirin oğlu  döyüşməyə   getdi
10 oktyabr 2023 19:33 (UTC +04:00)

Baş nazirin oğlu döyüşməyə getdi

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Avner Netanyahu səfərbər olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “İsrailin səsi | İsrail müharibəsi – Xəbərlər” Telegram kanalı məlumat yayıb.

Jurnalistlər onun artıq döyüşmək və vətənini müdafiə etmək üçün cəbhə bölgəsinə getdiyini yazır. Bu gün, oktyabrın 10-da onun 29 yaşı tamam olub.

Qeyd edək ki, Avner 2014-cü ilin sonunda daxil olduğu məcburi xidmətini 2017-ci ilin dekabrında başa vurub. O, İsrailin cənubundakı Zikim hərbi bazasında hərbi kəşfiyyatda xidmət edib. O, həmçinin təlim-məşq toplanışı zamanı döyüş tapşırığını yerinə yetirərkən yüngül xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13689
avatar

Oxşar yazılar