Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Lent.az xəbər verir ki, qəza 8 Noyabr prospektində qeydə alınıb.
Paytaxt sakini 2006-ci il təvəllüdlü Kərimov Nicat Elman oğlunu yolu keçərkən avtomobil vurub. Yaralı komatoz vəziyyətində xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.