Moskva polisi balaca qız uşaqlarına konfet təklif edən kişini axtarır.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, şəhərin Alexandr Monaxovoy küçəsinin sakinləri bu barədə polisə kütləvi şəkildə ərizə ilə müraciət ediblər.
Valideynlər uşaqlarının pedofilin hücumuna məruz qalacağından narahatdırlar.
Məlumata görə, həmin kişi yaxınlıqdakı Butovo ərazisində də görünüb. Bildirilir ki, o, 4-6 yaşlı qızlara konfet, yumşaq oyuncaqlar təklif edirmiş.
Hazırda şəhər polisi həmin şəxsin axtarışlarını davam etdirir.