Rusiyanın Volqaqrad vilayət məhkəməsi Azərbaycan vətəndaşı Timur Qabrilovu öldürməkdə təqsirli bilinən Vitali Vasilyevi 19 il müddətinə azadlıqdan məhrum edib.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, 2020-ci ilin iyununda Vasilyev Volqaqrad Tibb Universitetinin tələbəsi Qabrilovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmişdi.
Qətlin səbəbi Vasilyevin gəlmələrə nifrəti olub.