Azərbaycanlı Paşayev Rusiyada yenidən  vəkil statusu aldı
10 sentyabr 2022 22:39 (UTC +04:00)

Azərbaycanlı Paşayev Rusiyada yenidən vəkil statusu aldı

Aktyor Mixail Yefremovun keçmiş vəkili Elman Paşayev yenidən vəkil statusu alıb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu, Şimali Osetiya Vəkillər Kollegiyasında baş verib.

Elman Paşayevin özü bildirib ki, iyunun sonunda sınaqdan keçirilib və 70 sualı cavablandırmaq üçün ona 12 dəqiqə vaxt lazım olub. Vəkil əlavə edib ki, komissiya üzvləri onun müdafiəçilər sırasına qayıtmasına yekdilliklə səs veriblər.

Vəkil bildirib ki, son iki ildə çox çalışıb: “Gecə-gündüz işlədim, işlədim, heç olmasa bir az dincəlmək üçün özümü jurnalistlərdən təcrid etdim”.

Mixail Yefremov 2020-ci il iyunun 8-də baş vermiş ölümlə nəticələnən qəzaya görə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. O, sərxoş halda maşın idarə edib, qarşıdan gələn zolağa çıxıb və orada avtomobillə toqquşub, nəticədə sürücüsü dünyasını dəyişib.

Paşayev 2020-ci ildə mətbuatda yayılan açıqlamalara görə vəkillik statusundan məhrum edilib. Vəkil Yefremovun öz avtomobilini idarə etmədiyini sübut etməyə çalışaraq təqsirinin inkarı strategiyasını seçib. Aktyor bildirib ki, o zaman hüquqi statusundan məhrum edilən Paşayev ona məhkəmə üçün “şahidlər almağı” təklif edib. Onun sözlərinə görə, keçmiş vəkili əmin edib ki, o, məhkəmədə lazımi ifadə verə biləcək insanları tanıyır, daha doğrusu, aktyoru maşını idarə edərkən görmədiklərini deyəcəklər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716
avatar

Oxşar yazılar