Rusiyanın Kaluqa vilayəti, Maloyaroslavets rayon məclisinin deputatı Aleksandr Lependin cərimələnəcək.
Lent.az-ın məlumatına görə, buna səbəb Aleksandrın Rusiya himni çalınarkən ayağa durmamasıdır.
Deputat baş verənlərin səbəbi kimi ayaqlarının ağrımasını göstərib. Ancaq onun həmkarları Lependinin yeriyərək məclisə gəldiyini bildiriblər.
Gələn həftə parlamentin etika komitəsi deputatla bağlı qərar verəcək.