Avtomobili insanların üzərinə sürdü, 15 nəfər...
14 avqust 2022 08:05 (UTC +04:00)

Avtomobili insanların üzərinə sürdü, 15 nəfər...

ABŞ-ın Pensilvaniya ştatının Bervik şəhərində xeyriyyə tədbirinin keçirildiyi məkanda sürücü avtomobili kütlənin üzərinə sürüb.

Lent.az-ın xəbərinə görə, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Hadisə nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb.

Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, xəsarət alanlar arasında 5 uşaq var.

Yaralıların daşınması üçün hava nəqliyyatından istifadə edilib.

Hadisəni törədənşəxs polis tərəfindən saxlanılıb.

# 1296
avatar

Oxşar yazılar