Norveçin paytaxtı Osloda avtoşouda bədbəxt hadisə baş verib.
Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, avtoşouda iştirak edən avtomobillərin biri tamaşaçılara çırpılıb. Hadisə nəticəsində aralarıda uşaqlar olmaqla azı 6 nəfər xəsarət alıb.
Polisin məlumatına görə, xəsarət alanların sayı çox ola bilər. Çünki hadisədən sonra bəzi tamaşaçılar özləri xəstəxanaya müraciət ediblər.
Hadisənin səbəbi barədə hələ ki, konkret versiya yoxdur. Lakin yayılan videoda görünür ki, avtomobillərdən biri geriyə hərəkət edərkən idarəetməni itirərək kütləyə çırpılıb. Yaralananlardan birinin vəziyyəti ağırdır.