Avropada terror törətməyə hazırlaşan İŞİD lideri öldürüldü
04 aprel 2023 11:13 (UTC +04:00)

Avropada terror törətməyə hazırlaşan İŞİD lideri öldürüldü

Avropada terror aktlarının planlaşdırılmaq istəyən İŞİD-in liderlərindən biri Suriyada məhv edilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. Məlumata əsasən, İŞİD liderlərindən olan Xalid Ayad Əhməd əl-Cabur Avropa ölkələrində rəhbərlik strukturu hazırlayır. ABŞ hesab edir ki, onun ölümü İŞİD-in müvəqqəti olaraq xaricdə hücumlar planlaşdıra bilməyəcəyinə gətirib çıxaracaq.

Komandanlıq həmçinin əməliyyat zamanı mülki vətəndaşların xəsarət almadığını da bildirib.

Ötən ilin dekabrında İslam Dövləti qruplaşmasının lideri Əbu əl-Həsən əl-Qureyişinin Suriyada öldürüldüyü barədə məlumat yayılmışdı.

May ayında İraq Milli Kəşfiyyatı İŞİD lideri Abdullah Kardaşın mümkün varisinin həbs olunduğunu bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245
avatar

Oxşar yazılar