Ötən fevralda arvadını öldürən iranlı barədə hökm elan edilib.
Lent.az-ın 7sur7.be saytına istinadla xəbərinə görə, Xuzestan əyalətinin sakini Səccad Heydərnəva arvadını öldürdüyü üçün 7 il 6 ay azadlıqdan məhrum edilib. Hökm qətidir, ondan şikayət etmək olmaz.
Qeyd edək ki, öldürülən qadın 12 yaşında ərə verilib, qətl edilən günü özünün 17 yaşı, uşağının isə 3 yaşı yenicə tamam olmuşdu. Qadının əri onun xəyanət etdiyindən şübhələnərək başını kəsmişdi. Bununla kifayətlənməyən ər mərhumun başını gülə-gülə şəhər küçələrində nümayiş etdirib.