Artıq qalan yeməkləri yeyən xadimə işdən qovuldu
20 fevral 2024 19:11 (UTC +04:00)

Artıq qalan yeməkləri yeyən xadimə işdən qovuldu

İngiltərədə təmizlikçi xanım konfransdan sonra qalan sendviçi yediyi üçün işdən qovulub.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, məlumata görə, 39 yaşlı Qabriela Rodriqez sendviç “oğurladığına” görə təmizlik şirkətindən qovulub. Qadın iddia edir ki, sendviçi konfrans iştirakçıları qoyub getdiyi üçün yeyib, ona görə də cinayət törətdiyini düşünmür.

“Qabriela heç kimin ona yemək təklif etmədiyini təsdiqlədi, lakin o, hər halda yeməyi qəbul etməyə qərar verdi” deyə şirkətdən bildirilib.

Rodriqez, işəgötürəni məhkəməyə verməyi və ədaləti bərpa etməyi planlaşdırdığını söyləyib. Bundan əlavə, qadın həmkarlar ittifaqı tərəfindən dəstəklənir.

Həmkarlar ittifaqının sədri açıqlamasında “Təmizlikçilər müntəzəm olaraq bu kimi ayrı-seçkilik əsaslarına görə işdən azad edilirlər” deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 30027
avatar

Oxşar yazılar