Amur pələngi koronavirusdan öldü
05 iyul 2022 07:47 (UTC +04:00)

Amur pələngi koronavirusdan öldü

Amerika Birləşmiş Ştatlarının Ohayo ştatında 14 yaşlı Yupiter adlı amur pələngi COVID-19 virusunun əlamətlərindən ölüb.

Lent.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, pələng pnevmoniyaya yoluxub.

“Yupiter xroniki xəstəliklərdən uzun müddət müalicə olunurdu, bu da onu bu virusa daha həssas etdi”,- deyə Kolumbus Zooparkının nümayəndəsi bildirib.

14 yaşlı pələng zooparkda koronavirusa yoluxmuş ilk heyvan olub.

# 2085
avatar

Oxşar yazılar