Almaniyada on illərdir yetim uşaqlar pedofillərə verilib - ŞOK ARAŞDIRMA
29 fevral 2024 18:52 (UTC +04:00)

Almaniyada on illərdir yetim uşaqlar pedofillərə verilib - ŞOK ARAŞDIRMA

Almaniyada gənclər idarələri on illərdir ki, uşaqları pedofillərə verir. Bu barədə “Bild” Hildesheim Universitetinin yeni araşdırmasına istinadən yazır.

Lent.az xarici mediaya istinadla bildirir ki, 1970-ci illərdə məşhur seksoloq Helmut Kentler evsiz yeniyetmələri küçədən götürüb, onları cinayət keçmişindən xəbərdar olmasına baxmayaraq, üç pedofilin əlinə verib. Daha sonra Kentler böyüklərlə uşaqlar arasında cinsi əlaqənin zərərli olmadığını və hətta sonuncunun inkişafı üçün faydalı olduğunu iddia etdiyi bir sıra kitablar nəşr edib. O, Berlin Gənclər Administrasiyasını da buna inandıra bilib.

Belə ki, seksoloq küçə uşaqlarını, yetkinlik yaşına çatmayan xuliqanları və yetimləri kişi pedofilləri ilə bir müəssisədə yerləşdirməyə başlayıb. Yetkinlik yaşına çatmayanlar illərdir himayədar ataları tərəfindən zorakılığa məruz qalıblar, lakin Kentler heç vaxt işə saldığı prosesdə problem görməyib. O, ətrafına tərəfdarlar toplayıb, müəllimlərdən, sosial işçilərdən, universitetlərin və protestant kilsəsinin nümayəndələrindən ibarət bütöv bir şəbəkə yaradıb.

2020-ci ildə Hildesheim Universiteti ilk dəfə olaraq Kentlerin cinayətləri haqqında hesabat dərc edib və bu yaxınlarda onun yaratdığı şəbəkənin təkcə Berlində deyil, Lüneburq, Göttingen, Hannover, Tübingen və Heppenheymdə də fəaliyyət göstərdiyi məlum olub. Yeni məlumatlara görə, Kentlerin ən yaxın adamlarından biri 200-dən çox uşağa təcavüz edən keçmiş məktəb direktoru olub. Digər yaxın adamın isə övladlığa götürdüyü övladlarına zor tətbiq edən professor olduğu üzə çıxıb. Zərərçəkənlərin dediyinə görə, professor uşaqları ayaqlarını vannada masaj etməyə məcbur edib.

Bir çox sosial işçilərə məlum olan cinayətlərə görə heç kim cəzalandırılmayıb. Tədqiqatın müəllifləri həmçinin şəbəkənin bu gün də mövcud olduğunu iddia edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4077
avatar

Oxşar yazılar