Almaniyada jurnalisti yerə yıxıb  TƏPİKLƏDİLƏR
05 dekabr 2021 04:11 (UTC +04:00)

Almaniyada jurnalisti yerə yıxıb TƏPİKLƏDİLƏR

Berlində şənbə günü koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə qarşı keçirilən nümayiş zamanı azı beş jurnalistə hücum edilib, onlardan üçü xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Tagesspiegel” qəzeti həmkarlar ittifaqının sözçüsü Verdiyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, xəsarət alanlar arasında “Tagesspiegel”in müxbiri də var.

“Daha əvvəl Berlində sanitar normalara qarşı keçirilən aksiyada Brandenburqdan olan neonasist qrupun üzvləri də iştirak ediblər. Onlar jurnalistlərə hücum ediblər. Xəsarət alan jurnalistlərdən biri xuliqanlar tərəfindən yerə yıxılıb və təpiklə vurulub”, deyə Verdi vurğulayıb.

O əlavə edib ki, hücumun arxasında “tanınmış sağçı radikallar” dayanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1440
avatar

Oxşar yazılar