Almaniya polisi dövlət çevrilişi təşkil etməkdə şübhəli bilinən daha üç nəfəri saxlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında Almaniyada dövlət çevrilişi etməyə hazırlaşan qrupun 52 üzvü saxlanılıb. Məlumata görə, onlar Almaniya Federativ Respublikasının konstitusiya quruluşunu devirmək və 1871-ci il Almaniya İmperiyasından nümunə götürülmüş dövlət qurmaq məqsədilə terror təşkilatı yaratmaqda ittiham edilirlər.